Yunanıstanda telekanal binası yaxınlığında güclü partlayış

14:35 - 17 Dekabr 2018 - DÜNYA

Yunanıstanın "Skai" telekanalının binası yaxınlığında güclü partlayış olub.

Trend-in məlumatına görə, hadisə binaya bomba qoyulması barədə telefon zəngindən sonra yerli vaxtla saat 02:35-də qeydə alınıb. Partlayış nəticəsində telekanalın studiyasında pəncərələr sınıb.
"Skai" əməkdaşları vaxtında təxliyə olunduğu üçün heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti