Ağcabədidə piyadanı avtomobil vurub

10:34 - 17 Dekabr 2018 - HADİSƏ

Ağcabədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Boyat kəndində qeydə alınıb. Belə ki, rayon sakini Məhəmmədəli Cəfərovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili yolu keçəmək istəyən 28 yaşlı Elnur Səlim oğlu Kərimovu vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər E.Kərimovun vəziyyətini orta-ağır qiymətləndirib.

Fakt bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti