Bərdədə oğul anasını küçənin ortasında bıçaqlayıb

13:20 - 16 Dekabr 2018 - Xəbər

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, yerli sakin Əhmədov Telman Firudin oğlu Qarabağ qəsəbəsindəki küçələrdən birində 1971-ci il təvəllüdlü anası Vəliyeva Aybəniz Telman qızına boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi endirib. Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır. Daha əvvəl Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlanıb.

Xəbər xətti