Azərbaycana qanunsuz valyuta və qadağan olunmuş maddə keçirmək istəyən şəxs yaxalanıb

15:42 - 15 Dekabr 2018 - Xəbər

Rusiyadan Azərbaycana qanunsuz valyuta keçirmək istəyən şəxs yaxalanıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, Rusiya Federasiyası istiqamətindən"Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "Mitsubishi Pajero" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı, nəqliyyat vasitəsinin ön panelinin altındakı bir ədəd bağlamada, ümumi çəkisi 185 qram olan kalium permanqanat, vətəndaşın üzərində aparılan şəxsi yoxlama zamanı isə əynindəki şalvarın arxa sağ cibindən və gödəkçənin iç tərəfindəki sol üst cibindən, gömrük orqanına bəyan edilməyən, cəmi 421 000 Rusiya rublu və 3 800 ABŞ dolları aşkarlanıb.

Xatırladaq ki, kalium permanqanat "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.

Faktla bağla araşdırma aparılır.

Xəbər xətti