Gömrükdən pirotexniki vasitə keçirilməsinin qarşısı alınıb

13:00 - 15 Dekabr 2018 - Xəbər

Gömrükdə avtomobildən pirotexniki vasitələr və siqaret aşkarlanıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol karnizlərinin üzərindən "Thunder King" yazısı olan 1080 ədəd pirotexniki vasitə və "Milano" markalı 2000 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti