Ronaldu məhkəmə qarşısına çıxarılır

21:03 - 14 Dekabr 2018 - Xəbər

İki il həbs cəzası verilə bilər

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu 2019-cu ilin 14 yanvar tarixində məhkəmə qarşısına çıxacaq. Oxu.Az AS nəşrinə istinadən xəbər verir ki, vergi fırıldağı ilə iş üzrə məhkəmə prosesi futbolçunun həbs qərarı ilə nəticələnəcək.

Qəzetin məlumatına görə, 14,7 milyon avro vergi fırıldağında ittiham olunan Ronalduya iki il müddətinə şərti həbs cəzası veriləcək.

Qeyd edək ki, artıq Ronaldu öz günahını qismən etiraf edib və İspaniya büdcəsinə 13,4 milyon avro ödəyib. Lakin son qərarı məhkəmə verəcək.

Xəbər xətti