Türkiyə və ABŞ prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər

20:31 - 14 Dekabr 2018 - DÜNYA

Türkiyə və ABŞ prezidentləri - Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub. 

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Bildirilib ki, tərəflər Suriyadakı son vəziyyəti müzakirə ediblər: “Danışıqlar zamanı tərəflər təhlükəsizlik və terrorla mübarizə məsələlərini, habelə Suriyadakı son vəziyyəti müzakirə ediblər. Həmçinin Suriyada daha yaxından əməkdaşlıq etmək barədə razılığa gəlinib”.

Xəbər xətti