Bu il Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə 45 min sərnişin daşınıb

14:50 - 14 Dekabr 2018 - Xəbər

2018-ci ilin əvvəlindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə 45 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz çoxdur.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu limanın mətbuat katibi Vəfa Səfərli-Abdullazadə deyib. O qeyd edib ki, bu göstərici son 20 il ərzində dəniz sərnişindaşımalarında rekord göstəricidir:
“İlin sonunadək Bakı limanının xidmətlərindən 47 min sərnişinin istifadə edəcəyi gözlənilir”.

Onun sözlərinə görə, sərnişin axınının artırılması, eləcə də bilet satışı prosesinin sadələşdirilməsi məqsədilə 2019-cu ildən biletlərin onlayn satışını təşkil etmək planlaşdırılır.

Xəbər xətti