Bakıda evdən 10.500 manat oğurlanıb

12:38 - 14 Dekabr 2018 - Xəbər

Bakıda evlərin birindən 10.500 manat pul oğurlanıb. 

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də rayon ərazisindəki evlərin birindən 10.500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuşlar - Emil Məlikov və qardaşı Elnur saxlanılıblar.

Xəbər xətti