“Sədərək”də mağazadan partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkarlanıb

12:29 - 14 Dekabr 2018 - Xəbər

Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 13-də keçirdikləri reyd zamanı “Sədərək” ticarət mərkəzindəki mağazaların birində Astara rayon sakini F.Hənifəyevdən yüksək səsyayıcı qabiliyyətə malik olan 1600 ədəd partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər xətti