Bakıda avtobus qadın piyadanı vuraraq öldürüb

12:26 - 14 Dekabr 2018 - HADİSƏ

 Bakıda marşrut avtobusu qadın piyadanı vuraraq öldürüb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, belə ki, dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti