Stalinin telefon kitabçası 3 milyona satıldı

15:15 - 14 Dekabr 2018 - MARAQLI

SSRİ rəhbəri İosif Stalinin telefon kitabçası hərraca çıxarılıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, 1950-ci ildə nəşr olunan kitabçada hökumət avtomat telefon stansiyalarının nömrələri qeyd olunub. “Litfond” auksion fondunun rəhbəri Sergey Burmistrovun sözlərinə görə, məlumat kitabçası 3 mln. rubla (təxminən 77 min manat) satılıb.

İosif Stalinin ölümündən sonra kitabçanı tərəfdarı Nikolay Şvernik saxlayıb. Orada Stalinin bağ evlərinin, SSRİ kəşfiyyatının rəhbəri Lavrenti Beriyanın, o cümlədən Ali Kabinetin bütün üzvlərinin nömrələri qeyd edilib.

Xəbər xətti