Nazirlər Kabinetinin Aparatına ümumi rəhbərliyi Nazirlər Kabineti Aparatının rəhbəri həyata keçirir

18:09 - 14 Dekabr 2018 - Xəbər

 Nazirlər Kabineti Aparatının rəhbəri, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Baş nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti- Azə Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentəə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır. Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir. Bu Azərbaycan Konstitusiyasının Vİ fəsli ilə tənzimlənir. Bu fəsil İcra Hakimiyyətindən bəhs edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri Konstitusiyanın 119-cu maddəsi ilə tənzimlənir və onun səlahiyyətlərinə  Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, dövlət büdcəsinin icrasını təmin etmək, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin etmək, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etmək, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik etmək, onların aktlarını ləğv etmək daxildir. Nazirlər Kabineti həm də  Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə həvalə olunmuş  Nazirlər Kabinetinin səlahiyyətlərinin Nazirlər Kabineti tərəfindən həyata keçirilməsinin təşkil və təmin etilməsi istiqamətində Nazirlər Kabineti Aparatının üzərinə mühüm vəzifələr düşür. Bu vəzivələr. Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamsində öz əksini tapıb. Bundan əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev  Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib.  Fərmanda qeyd olunub ki, Nazirlər Kabineti Aparatının İşlər idarəsinin işçilərinin say həddini Nazirlər Kabineti təsdiq edir. Nazirlər Kabineti zərurət olduqda Nazirlər Kabineti Aparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır. 

Qeyd edək ki, Nazirlər Kabinetinin Aparatının vəzifələrinə idarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı kimi müvafiq tədbirlər həyata keçirmək, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması və təsdiq olunması üçün tədbirlər görmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarını rəsmi şərh etmək, əlaqələndirici və məşvərətçi orqanların işini təşkil etmək, mərkəzi icra hakimiyyəti orqanlarından, yerli icra hakimiyyəti orqanlarından, dövlətin hüquqi şəxslərindən, habelə yerli özünüidarəetmə orqanlarından daxil olan məlumat və təklifləri təhlil edib ümumiləşdirərək, Baş nazirə və onun müavinlərinə təqdim etmək, Nazirlər Kabinetinin qərarlarının rəsmi dərcini təmin etmək daxildir. Bindan başqa, Nazirlər Kabinetinin Aparatə.

Nazirlər Kabinetinin aktlarının nüsxələrinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə, habelə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün, Azərbaycan Respublikası qanunlarının icrasının təmin edilməsi ilə bağlı qəbul edilən Nazirlər Kabineti qərarlarının nüsxələrinin Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aparatlarına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə göndərilməsi üçün tədbirlər görür.

Eyni zamanda. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının (mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları istisna olmaqla), Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının və Nazirlər Kabinetinin sərəncamlarının nəzarət nüsxələri ilə iş aparır, Nazirlər Kabinetinin iclaslarında baxılmış (baxılacaq) məsələlər və materiallar haqqında və bu məsələlərə dair qəbul olunmuş qərarlar haqqında, habelə Baş nazirin, onun müavinlərinin və Nazirlər Kabineti Aparatının fəaliyyəti haqqında məlumatlandırmanı, internet saytının yaradılmasını, siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir, Nazirlər Kabinetinin iclaslarında baxılmış məsələlərə dair Nazirlər Kabineti üzvlərinin mətbuat konfranslarını (brifinqlərini) təşkil edir.

Nazirlər Kabineti iclaslarının stenoqrafik, audio və videoyazılışını təmin etmək, Nazirlər Kabineti Aparatının əməkdaşlarını kurs və təlimlərə cəlb və ezam etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək,. Nazirlər Kabinetinin Aparatında kargüzarlığı təşkil etmək, icra və əmək intizamına riayət olunması üzrə işin təşkili vəziyyətini yoxlamaq,. vətəndaşlardan, habelə vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən və hüquqi şəxslərdən daxil olmuş müraciətləri (sorğuları) təhlil etmək və onlara baxılmanı təmin etmək, fiziki şəxslərin qəbulunu həyata keçirmək,. Nazirlər Kabineti Aparatının maliyyə, təsərrüfat və maddi-texniki təminatı məsələlərini həll etmək də Aparatın vəzifələrinə daxildir.

Nazirlər Kabineti Aparatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin başqa aktları ilə müəyyən edilmiş digər vəzifələri də yerinə yerinə yetirir.

Qeyd edək ki, Nazirlər Kabinetinin Aparatı bilavasitə Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, habelə Nazirlər Kabineti Aparatının rəhbərinə tabedir. Nazirlər Kabinetinin Aparatına ümumi rəhbərliyi Nazirlər Kabineti Aparatının rəhbəri həyata keçirir. Nazirlər Kabineti Aparatının rəhbəri, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Baş nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Nazirlər Kabineti Aparatının inzibati vəzifə tutan digər işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, işçilərə müvafiq ixtisas dərəcələrinin verilməsi Baş nazir tərəfindən həyata keçirilir. Nazirlər Kabineti Aparatının rəhbəri isə Baş nazirə və onun müavinlərinə tabedir.
Nazirlər Kabineti Aparatının rəhbəri bu Əsasnamə ilə Nazirlər Kabinetinin Aparatına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.. Nazirlər Kabineti Aparatının rəhbərinin bir müavini vardır. Nazirlər Kabineti Aparatının rəhbərinin müavini ona Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən həvalə olunmuş vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyır.

Xəbər xətti