Senat ABŞ-ın Azərbaycandakı yeni səfirini təsdiqləyib

10:58 - 14 Dekabr 2018 - Xəbər

ABŞ Senatı bu gün diplomat Erla Litzenberqerin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib.

Litzenberqerin namizədliyi prezident Donald Tramp tərəfindən təklif edilib. Səfir postuna təyin edilənə qədər o, Serbiya, Qırğızıstan səfirliklərində, həmçinin Birləşmiş Ştatların NATO yanındakı missiyasında çalışıb.

Qeyd edək ki, yeni səfir fransız, rus, serb və bolqar dillərini bilir. Evlidir, iki uşağı var.qafqazinfo

Xəbər xətti