Xarici işlər nazirinin müavini: "Azərbaycan və Avropa İttifaqı yeni saziş mətnini mart ayına qədər razılaşdıra bilər"

10:18 - 14 Dekabr 2018 - SİYASƏT

 "Bir-birimizi başa düşsək və güzəştə getsək, düşünürəm ki, mart ayına qədər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni sazişlə bağlı razılıq əldə olunacaq".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Onun sözlərinə görə, Azərbaycan üçün sazişin hazırlanması və paraflanması vacibdir və yalnız bundan sonra sənəd təsdiq olunmalıdır.

M.Məmmədquliyev qeyd edib ki, Aİ-də keçiriləcək qarşıdakı seçkilərin nəticələri sazişin imzalanmasına təsir göstərməyəcək, çünki hər iki tərəf bu sənədin imzalanmasında maraqlıdır.

Xəbər xətti