Bərdədə 34 yaşlı kişi ürəyindən bıçaqlandı

20:37 - 13 Dekabr 2018 - HADİSƏ

Bərdə sakini naməlum şəraitdə bıçaqlanıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İstisu adlanan ərazisində baş verib. Rayonun Soğanverdilər kənd sakini, 1984-cü il təvəllüdlü Teymurov Ruslan İlyas oğlu naməlum şəxslə  mübahisə nəticəsində sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı təcili Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

Xəbər xətti