Dünyanın ən böyük neft-qaz yatağı ABŞ-da tapıldı

19:44 - 13 Dekabr 2018 - Xəbər

“Milad bayramı bu il Amerikaya erkən gəldi”, - deyə ABŞ Daxili Məsələlər katibi Ryan Zinke açıqlama verib. 

 “Delaware Basin” yatağındakı nəhəng tapıntılar qlobal neft bazarı ilə bağlı hesablamaları dəyişib. “Bu müəyyənləşdirmə ərsəyə gəlməzdən öncə mən ABŞ-dakı neft və qaz hasilatı barədə nikbin idim. Ancaq indi fakt olaraq mənə aydındır ki, ABŞ-ın enerji dominantlığı artıq millətimizin üfüqündədir”.
Söhbət bu günlərdə Texas və Nyu-Meksiko ştatları arasındakı ərazidə aparılan tədqiqat işlərinin nəticələrindən gedir.

ABŞ rəsmilərinin məlumata görə, “Delaware Basin” adlanan məkanda 46.3 milyard barel neft və 8 trilyon kubmetr qaz və 20 milyard barel təbii maye qazı tapılıb. Bu ağlasığmaz rəqəmlər dünya miqyasında ən nəhəng enerji yatağının məhz ABŞ-da olduğunu göstərir.

Beləliklə, ABŞ-nın məlum enerji resurslarının həcmi ikiqat artıb. Hasilatın yüksəlməsi ilk növbədə yataqların yerləşdiyi Texas və Nyu-Meksiko ştatlarının büdcələrinə əlavə gəlir gətirəcək. 

Analitiklərin fikrincə, bu qədər neft və qazın mövcudluğu həm də Birləşmiş Ştatların enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsini sürətləndirəcək və neftlə bağlı qərarlarda rolunu artıra biləcək.  

Xəbər xətti