Alazan çayının kənarında gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb

15:40 - 13 Dekabr 2018 - Xəbər

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları çay kənarında gizlədilmiş pirotexniki vasitələr aşkar ediblər.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, Sərhəd Qoşun­la­rının “Zaqatala” sərhəd dəstəsinin Qax rayonunun Lələli kəndi yaxınlıqdakı sərhəd zastavasının xidməti ərazisində Alazan çayının kənarında gizlədilmiş 2 ədəd bağlamada müxtəlif çeşidli 110 ədəd pirotexniki vasitə aşkar olu­na­raq götürülüb.

Qeyd olunan faktlarla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xəbər xətti