Azərbaycanlı müğənni ABŞ-da filmə çəkildi - Video

17:39 - 13 Dekabr 2018 - MAQAZİN

Amerikada yaşayan müğənni İlhamə Qasımova və model Stefano Suaros filmə çəkiliblər. 

Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, ABŞ-da lentə alınan ekran işi "Qara taleh" adlanır. Dram janrında olan ekran işi erkən yaşda anasını itirən və atası tərəfindən zorakılıqlara məruz qalan uşağın faciəvi həyatından bəhs edir. Filmin senarisi real həyatdan götürülüb.
Hazırda çəkilişləri davam edən filmin 2019-cu ilin əvvəllərində təqdim olunması nəzərdə tutulub. "Qara taleh"in reklam çarxı təqdim edilib.

Xəbər xətti