Rusiyadan gələn Azərbaycan vətəndaşında ov silahı aşkarlanıb

14:11 - 13 Dekabr 2018 - Xəbər

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E270 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, nəqliyyat vasitəsində olan yüklərə baxış zamanı 2 ədəd elektrikli qızdırıcı radiatorun birinin içərisindən "Baikal ИЖ 43M" markalı ov silahının lüləsi və 32 ədəd boş dəmir gilizlər, digər radiatorun içərisindən isə həmin ov silahının qundaq hissəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti