Rusiya slovakiyalı diplomatı ölkədən qovdu

12:41 - 13 Dekabr 2018 - DÜNYA

Rusiya slovakiyalı hərbi diplomatı persona non-qrata elan edib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb. Bununla bağlı Slovakiya səfirinə dekabrın 11-də nota təqdim edilib. XİN rəsmisi Mariya Zaxarova bildirib ki, diplomata ölkəni tərk etməsi üçün iki sutka vaxt verilib.

Bu addım noyabrın 22-də rusiyalı diplomatın Slovakiyadan qovulmasına cavab olaraq atılıb. Rus diplomat cəsusluqda ittiham edilmişdi.

Xəbər xətti