Rusiya XİN: Moskva və Bakı strateji tərəfdaşlıq əlaqələri qurur

12:17 - 13 Dekabr 2018 - Xəbər

"Rusiya və Azərbaycan bərabərlik, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq əlaqələri qurur".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu ölkənin XİN başçısı Sergey Lavrovun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək Bakıya səfəri ilə bağlı məlumatında bildirilir.
"Ticari-iqtisadi və regionlararası əməkdaşlıq aktiv şəkildə inkişaf edir. Bizə miras qalan ümumi dil, təhsil və mədəniyyət məkanı üstünlük təşkil etməklə humanitar sahə Rusiya-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsi olaraq qalır", - XİN-in məlumatında deyilir.

Bununla yanaşı, qeyd olunur ki, səfər zamanı Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, eləcə də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyi planlaşdırılır. Tərəflər ikitərəfli əməkdaşlığın əsas aspektlərini, regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə etmək niyyətindədirlər.report

Xəbər xətti