Bərdədə 8-ci sinif şagirdi olan qız qaçırılıb

11:26 - 13 Dekabr 2018 - Xəbər

 Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində baş verib. Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək üçün qaçırılıb.
Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər xətti