Yol polisi Bakıda reyd keçirdi: 30-dan artıq sürücü saxlanıldı

10:58 - 13 Dekabr 2018 - Xəbər

Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindənyol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi, kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində maarifləndirici və profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, avtomobildə konstruksiya dəyişikliyinə yol verən 30-dan artıq sürücü müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Sabunçu, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.


Xəbər xətti