Bu gün “Qarabağ” “Arsenal”la qarşılaşır

10:49 - 13 Dekabr 2018 - İDMAN

UEFA Avropa Liqasında çıxış edən “Qarabağ” bu gün qrup mərhələsində son oyununu keçirəcək.

Təmsilçimiz saat 00:00-da Londondakı "Emirates" stadionunda “Arsenal” klubu ilə qarşılaşacaq.
Oyunu Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" D qrupunda 5 oyundan 3 xalla sonuncu yerdə qərarlaşıb. 13 xallı "Arsenal" birincidir.trend

Xəbər xətti