Bakıda metroda dava, saxlanılanlar var

20:03 - 12 Dekabr 2018 - Xəbər

Bakı Metropoliteninin stansiyasında dava olub.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun "Gənclik" stansiyasının platformasında, saat 18:30 radələrində baş verib:"Stansiyada iki sərnişin arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Metropoliten işçiləri hadisəyə müdaxilə edib. Həmin sərnişinlər polis tərəfindən saxlanılıb".

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti