“Arsenal” “Qarabağ”a qarşı ikinci heyətlə oynayacaq

17:53 - 12 Dekabr 2018 - İDMAN

Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ” səfərdə “Arsenal”la qarşılaşacaq.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, növbəti mərhələyə vəsiqəni 2 tur öncə təmin edən "topçular" "Qarabağ"la matça ikinci heyətlə çıxacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Unai Emeri əsas heyət üzvlərini Premyer Liqada həftəsonu "Sauthempton"la səfər görüşünə saxlayacaq.

Londonda "Emireyts" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər xətti