ABŞ-ın Yerevandakı səfirliyi Ermənistana səyahət edən vətəndaşlarına xəbərdarlıq edib

16:24 - 12 Dekabr 2018 - Xəbər

ABŞ-ın Yerevandakı səfirliyi Ermənistana səfər edən Birləşmiş Ştatlar vətəndaşlarına xəbərdarlıq edib.

Diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilən xəbərdarlıqda Yeni il bayramı günlərində Ermənistana səfər edən ABŞ vətəndaşları ehtiyatlı olmağa çağırılıb.  Diplomatik nümayəndəlik Ermənistandakı vətəndaşlarına bayram günlərində səyahət etdikləri yerlərdə cibgirlərdən tutumuş qarətçilərə, bir sözlə ətraflarına diqqət yetirmələri barəd xəbərdarlıq edib: “Ekstremistlər turustlər olan yerlərdə - ticarət mərkəzlərində, hava limanlarında, klublarda, restoranlarda, dua edilən yerlərdə, nəqliyyat vasitələrində fəaliyyət göstərirlər”.report

Xəbər xətti