Uels - Azərbaycan matçının keçiriləcəyi stadion müəyyənləşib

20:01 - 12 Dekabr 2018 - İDMAN

Uels və Azərbaycan milli komandaları arasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin IV tur matçının keçiriləcəyi stadion müəyyənləşib.

"Report" Uels Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 6-a nəzərdə tutulan görüş "Kardif Siti" stadionunda baş tutacaq. 

Qeyd edək ki, Uels yığması seçmə mərhələdəki bütün oyunlarını bu arenada keçirəcək. Uels ilə Azərbaycan milliləri Macarıstan, Slovakiya və Xorvatiya yığmalarıyla birgə E qrupunda yer alıb.

Xəbər xətti