Bu il 321 çoxmərtəbəli binaya təbii qaz verilib

15:00 - 12 Dekabr 2018 - Xəbər

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz”dan Ucnoqta.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-noyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 321 çoxmərtəbəli bina üzrə təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 25 430 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Xəbər xətti