Gəncədə mikroavtobus piyadanı vurub

13:10 - 12 Dekabr 2018 - HADİSƏ

 Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını mikroavtobus vuraraq ona xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti