Ağsuda avtomobilini doğrayıb satdı- polisə qaçırıldığını dedi

12:08 - 12 Dekabr 2018 - Xəbər

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb. Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Xəbər xətti