Bakı Ali Neft Məktəbinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

11:36 - 12 Dekabr 2018 - Xəbər

 Bu gün Azərbaycanda Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilir. 

 Bakı Ali Neft Məktəbinin (BANM) kollektivi də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri Xiyabanı ziyarət ediblər. Ucnoqta.az xəbər verir ki, anım mərasimində BANM-ın rektoru Elmar Qasımov, prorektorlar, professor-müəllim heyəti, administrativ kollektiv və tələbələri  Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Fəxri Xiyabanı ziyarət zamanı həmçinin akademik Zərifə  Əliyevanın da xatirəsi yad olunub və məzarı üstünə güllər qoyulub.

 Qeyd edək ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 15 il ötür. Müasir Azərbaycanın müstəqillik tarixi Heydər Əliyev olmadan təsəvvür etmək qeyri mümkün olardı. Xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı məhz onun adı ilə bağlıdır.

 

Xəbər xətti