Daha 26 rayon üzrə 2189 arıçıya subsidiya veriləcək

10:30 - 12 Dekabr 2018 - Xəbər

Kənd Təsərrüfatı Nazirliyində, nazir müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, bu barədə nazirliyin açıqlamasında bildirilir. Məlumata görə, iclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 2 189 arıçıya saxladıqları 4 830 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 manat hesabı ilə cəmi 480 300 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.
İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

1.Abşeron - 20 nəfər, 807 arı ailəsi, 8 070 manat
2.Ağcabədi - 65 nəfər, 1 027 arı ailəsi, 10 270 manat
3.Astara - 206 nəfər, 9708 arı ailəsi, 97 080 manat
4.Bərdə - 26 nəfər, 638 arı ailəsi, 6 380 manat
5.Füzuli - 121 nəfər, 1 500 arı ailəsi, 15 000 manat
6.Goranboy - 74 nəfər, 1 800 arı ailəsi, 18 000 manat
7.Gədəbəy - 342 nəfər, 4 073 arı ailəsi, 40 730 manat
8.Hacıqabul - 8 nəfər, 449 arı ailəsi, 4 490 manat
9.İmişli - 2 nəfər, 100 arı ailəsi, 1 000 manat
10.İsmayıllı - 5 nəfər, 65 arı ailəsi, 650 manat
11.Kürdəmir - 27 nəfər, 804 arı ailəsi, 8 040 manat
12.Qazax - 244 nəfər, 3 600 arı ailəsi, 36 000 manat
13.Qobustan - 81 nəfər, 1 775 arı ailəsi, 17 750 manat
14.Qubadlı - 3 nəfər, 74 arı ailəsi, 740 manat
15.Laçın - 43 nəfər, 523 arı ailəsi, 5 230 manat
16.Lənkəran - 102 nəfər, 3 665 arı ailəsi, 36 650 manat
17.Masallı - 171 nəfər, 2 750 arı ailəsi, 27 500 manat
18.Oğuz - 39 nəfər, 750 arı ailəsi, 7 500 manat
19.Sabirabad - 2 nəfər, 80 arı ailəsi, 800 manat
20.Samux - 72 nəfər, 1 088 arı ailəsi, 10 880 manat
21.Samux-Gəncə - 3 nəfər, 100 arı ailəsi, 1 000 manat
22.Şabran - 33 nəfər, 988 arı ailəsi, 9 880 manat
23.Şamaxı - 238 nəfər, 6 422 arı ailəsi, 64 220 manat
24.Şəmkir - 173 nəfər, 3 361 arı ailəsi, 33 610 manat
25.Siyəzən - 73 nəfər, 1 600 arı ailəsi, 16 000 manat
26.Salyan - 16 nəfər, 283 arı ailəsi, 2 830 manat

Cəmi: 2 189 nəfər, 48 030 arı ailəsi, 480 300 manat

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Bu günə qədər Respublika Komissiyasının keçirilmiş iclaslarında ölkə üzrə cəmi 4 654 arıçiya 113 815 arı ailəsinə (pətəyə) görə 1 138 150 manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilib.

Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.

Xəbər xətti