Heydər Əliyev babasının məzarını ziyarət etdi - Video

16:51 - 11 Dekabr 2018 - Xəbər

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti görkəmli dövlət xadimi mərhum Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabanda onun məzarını ziyarət edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, DTX-nın N saylı hərbi hissəsinin əsgər və zabitləri ümumilli liderin məzarı önünə əklil qoyub, hörmət və ehtiramlarını ifadə ediblər. Mərhum prezidentin məzarını ziyarət edən əsgərlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin oğlu, əsgər Heydər Əliyev də olub.

DTX-nin ziyarətə gələn heyəti daha sonra mərhum akademik Zərifə Əliyevanın xatirəsini yad edib, məzarı üzərinə gül-çiçək düzüblər.

Xəbər xətti