“Instagram”da səsli mesaj funksiyası işə salınıb

18:27 - 11 Dekabr 2018 - Xəbər

“Instagram” sosial şəbəkəsində səsli mesaj göndərmək imkanı əlavə olunub.

Səsli mesaj xidməti bu gündən etibarən istifadəyə verilib.

Qeyd olunur ki, səs yazısı göndərmək üçün “Direct” funksiyasında mikrofon düyməsindən istifadə etmək kifayətdir. Səs yazısının maksimum müddəti bir dəqiqəyə çata bilər.

Xatırladaq ki, bu ilin iyununda “Instagram” videozəng xidmətini istifadəyə vermişdi. Videozəngdə 4 nəfərədək istifadəçi iştirak edə bilər.trend

Xəbər xətti