Qubada bıçaqlanan şəxs xəstəxanada öldü

11:00 - 11 Dekabr 2018 - Xəbər

Qubada bıçaqlanan şəxs xəstəxanada öldü

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 8-də axşam saatlarında rayonun 2-ci Nügədi kənd sakini Heybət Heybətovun bədənin bir neçə nahiyəsinin daxilə nüfuz edən kəsilmiş deşilmiş yaraları xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunsa da, dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini Mehman Balayev saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, H.Heybətova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti