Bu gündən taksidə siqaret çəkənlər cərimələnəcək

10:22 - 11 Dekabr 2018 - Xəbər

Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən qüvvəyə minir

Ucnoqta.az xəbər verir ki, bu barədə ekspert Ərşad Hüseynov bildirib: "Taksi sürücüləri və taksidən istifadə edənlər yadda saxlasınlar ki, bu gündən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə aldı".
Ərşad Hüseynovun szlərinə görə, istər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilərlər. 

Xəbər xətti