Bu il Azərbaycanda 113 yaşayış məntəqəsinə təbii qaz verilib

22:00 - 10 Dekabr 2018 - Xəbər

Cari ildə Azərbaycanda 113 yaşayış məntəqəsinə təbii qaz verilib.

Trend-in məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyi Birlik tərəfindən 2018-ci ilin yanvar-noyabr ayları ərzində 2959 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 240 km qaz kəməri əsaslı təmir olunub.

Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 113 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Xəbər xətti