FHN: Qubada məktəb binasının 120 kvadratmetri yanıb

21:10 - 10 Dekabr 2018 - Xəbər

Quba rayonunun Amsarqışlaq kəndində ümumi sahəsi 500 kv.m olan birmərtəbəli orta məktəb binasının dam örtüyü və tavanı 120 kv.m sahədə yanıb.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Xəbər xətti