Ceyhun Topçubaşova Prezidentin fərdi təqaüdü təyin olunub

17:20 - 10 Dekabr 2018 - Xəbər

Ceyhun Mustafa oğlu Topçubaşov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin olunub.

Prezident İlham Əliyev Ceyhun Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanda səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ceyhun Mustafa oğlu Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xəbər xətti