Tovuzda musiqi məktəbində dərs vaxtı yanğın olub- Foto

15:40 - 10 Dekabr 2018 - HADİSƏ

Tovuz rayonunda yanğın hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aşıq Əsəd Rzayev adına musiqi məktəbində qeydə alınıb. Dərs zamanı “Xor Dərnəyi” sinfində elektrik naqillərində yaranan qısaqapanma yanğına səbəb olub. Əraziyə iki yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb. Yanğın zamanı müəllimlərin üst geyimləri də yanıb. Şagirdlər və müəllim kollektiv təxliyyə olunub.Hadisə zamanı həyəcan keçirən məktəbin müəllimi 41 yaşlı Sevda Qafarovaya təcili tibbi yardım briqadası tərəfindən tibbi yardım göstərilib.
Qeyd edək ki, yanğın baş verən bina Səhiyyə Nazirliyinin balansındadır. Musiqi kollektivi isə bu binada müvəqqəti yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti