Arvadının qohumunu zorlamaqda təqsirləndirilən çəxs bəraət aldı

15:37 - 10 Dekabr 2018 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının qohumunu zorlamaqda təqsirləndirilən 38 yaşlı Məftun Bayramova hökm oxunub.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M.Bayramova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. İttihama görə, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov qohumu - Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə onu mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlayıb.

Həmçinin, M.Bayramov çəkdiyi intim əlaqələrini əks etdirən video görüntü və foto şəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlidən 1890 manat dəyərində qızıl-zinyət əşyalarını almaqda ittiham olunub.

Lakin M.Bayramov məhkəmədə ifadəsi zamanı özünü təqsirli bilməyib və əlavə edib ki, Gülçinlə sevgi münasibətləri olub və qızın razılığı ilə onunla intim əlaqədə olub.

Xəbər xətti