Umayra Tağıyevaya yeni vəzifə verildi

13:21 - 10 Dekabr 2018 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub.

Ucnoqta.az xəbər verir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər nazirinin 10 dekabr 2018-ci il tarixli əmri ilə Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.

Bu gün Umayra Tağıyeva Departamentin kollektivinə təqdim edilib.

Xəbər xətti