"Qarabağ" sabah Londona gedir

12:10 - 10 Dekabr 2018 - İDMAN

Dekdabrın 13-də UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda İngiltərə “Arsenal”ının qonağı olacaq “Qarabağ” komandasının səfər proqramı bəlli olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan çempionu dekabrın 11-də saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Londona yola düşəcək. Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-ə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə saat 23:00-a təyin edilib.

Qeyd edək ki, Londondakı “Emireyts” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti