Gəncədə 4 uşaq anası dəm qazından boğularaq ölüb

10:37 - 10 Dekabr 2018 - HADİSƏ

Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.

Hadisə şəhərin “Alüminumçular bağ massivi” adlanan ərazisində baş verib. 1984-cü il təvəllüdlü Əhmədov Zərifə Qulu qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb. Məlumata görə, 4 uşaq anası olan Z. Əhmədova yaxının toy şənliyinə hazırlaşırmış.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.qafqazinfo

Xəbər xətti