Aygün Kazımova “Altın Kelebek” mükafatını aldı- Foto

23:35 - 9 Dekabr 2018 - MAQAZİN

Bu dəqiqələrdə Türkiyədə nüfuzlu “Altın Kelebek” mükafat mərasimi keçirilir.

Gecədə xalq artisti Aygün Kazımova da iştirak edir. Sənətçiyə “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim edilib. 

Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli də olub. Lakin Kazımova Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib.

Ötən il isə əməkdar artist  Röya Ayxan “Azərbaycanın parlaq ulduzu” nominasiyasında qalib olub.axsham.az

Xəbər xətti