Ana səhifə
20 Noyabr 2018

Vizalarla bağlı yenilik - Azərbaycanda

Azərbaycanda çoxdəfəlik giriş vizalarının etibarlılıq müddətinin ləğv edilməsi təklif olunur.

Trend-in məlumatına görə, bu dəyişikliklər Milli Məclisin müzakirəsinə verilən "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Hazırda çoxdəfəlik giriş vizaları 1 il müddətinə rəsmiləşdirilir. Dəyişikliklərə uyğun olaraq, Azərbaycanda 100 dollar ödəməklə əldə edilən ikidəfəlik vizanın ləğv edilməsi də təklif olunur. Bununla da viza almaq istəyənlər yalnız birdəfəlik və ya çoxdəfəlik vizaların rəsmiləşdirilməsi üçün ərizə verə bilərlər.

Bununla belə, dəyişikliklər vizaların rəsmiləşdirilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinə təsir etməyib. Birdəfəlik vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu 50 dollar, çoxdəfəlik viza üçün isə 350 dollardır.

Bundan başqa, Azərbaycana qrup halında gələn əcnəbilərin hər birindən vizanın rəsmiləşdirilməsi və ya onun etibarlılıq müddətinin uzadılmasına görə dövlət rüsumunun ləğv olunması təklif edilir.

"Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər qanunun Azərbaycan Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədilə hazırlanıb.

 

Tarix
10 Oktyabr 2014 [14:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin