Gəncədə ağır yol qəzası baş verib

15:03 - 9 Dekabr 2018 - HADİSƏ

Gəncədə yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobillərin birində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Xəbər xətti