Cəlilabadda iki minik maşını toqquşub

12:40 - 9 Dekabr 2018 - HADİSƏ

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Uzuntəpə kəndi ərazisində qeydə alınıb.  Belə ki, "BMW" və "VAZ-21011"markalı minik avtomobillərinin toqquşması nəticəsində, iki nəfər - Elnurə Quliyeva və Sürəyya Əliyevaxəsarət alıb. Yaralılar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.  

Xəbər xətti